Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq, Binəqədi rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir
Ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərancamına uyğun olaraq, Binəqədi rayonunda yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir.
27 aprel tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin və Biləcəri bələdiyyəsinin birgə təşkilatçılığı ilə ağacəkmə aksiyası keçirildi. Aksiya çərçivəsində Binəqədi rayonu X.Natəvan küçəsində yerləşən şamlıq ərazidə yerli iqlimə uyğun 100 ədəd həmişəyaşıl ağac əkildi. Ağacəkmə aksiyası çərçivəsində yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərildi və iməclik işləri görüldü.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Rauf Həsənov, Biləcəri Bələdiyyəsinin sədri Ehtibar Cabbarov, 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəhbəri Ziyad Nəbiyev və mərkəzin kollektivi, RİH başçısı aparatının və rayon ərazisində fəaliyyət göstərən digər qurumların məsul əməkdaşları iştirak etdilər.