Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri İlham Qayıbzadə 60 illik yubiley münasibəti ilə təltif edildi
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon filialının sədri İlham Qayıbzadə 60 illik yubiley münasibəti ilə və rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri Fərmanla təltif edildi.
Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev rayonun ictimai-siyasi həyatında fəal iştirakına və 60 illik yubileyi münasibətilə İlham Qayıbzadəni təbrik edərək, dövlətimizin ərazi bütövlüyünün müdafiəsi uğrunda canlarını fəda etmiş şəhidlərimizin ailə üzvlərinin və döyüşlərdə fiziki sağlamlığını itirmiş vətəndaşların, hərbi xidmət dövründə vəzifə borclarını yerinə yetirərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətindəki fəaliyyətindən söz açaraq İ.Qayıbzadəyə işlərində uğurlar arzu etdi.
İlham Qayıbzadə dövlət tərəfindən göstərilən dəstəyə, diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirdi.