"QHT-dövlət əməkdaşlığında yeni çağırışlar - ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı respublika zona konfransı İctimai Şuraların fəaliyyəti və təkmilləşdirilməsində vacib rol oynadı
Cari ilin iyun ayında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən "QHT-dövlət əməkdaşlığında yeni çağırışlar - ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı respublika zona konfransı İctimai Şuraların fəaliyyəti və təkmilləşdirilməsində vacib rol oynadı.
Konfrans zamanı çıxış edən məsul şəxslər İctimai Şuraların fəaliyyətindən, dövlət-vətəndaş münasibətlərinin formalaşması istiqamətində əhəmiyyətindən, vətəndaşların maraqlarının nəzərə alınması və təmin olunmasından bəhs edərək, İctimai Şuraların bundan sonrakı fəaliyyətlərində şəffaflığa, operativliyə, problemlərin aradan qaldırılmasına diqqət edilməsinin vacibliyini vurğuladılar.
Çox sevindirici haldır ki, konfransdan sonra istər paytaxt, istərsə də regionlarda şəhər və rayonlar üzrə yenidən formalaşdırılan İctimai Şuraların fəaliyyətində müsbət irəliləyişlər özünü qısa zamanda göstərməyə başlayıb.
2022-ci ilin iyun ayında Binəqədi rayonunda İctimai Şuralara keçiriliş seçkilərdən sonra 15 nəfərdən ibarət olmaqla Binəqədi Rayon İcra Hakimiyyəti yanında formalaşmış yeni İctimai Şura üzvlərinin iştirakı ilə mütəmadi olaraq iclaslar keçirilir, görülən işlər müzakirə olunur və qarşıdakı fəaliyyətlər barədə qərarlar qəbul olunur.
Fəaliyyət dönəmində əvvəlcədən müəyyən edilmiş tarixlərdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən vətəndaşlarıa görüşlərdə Şura üzvləri də iştirak edir, vətəndaşların fikir və onları narahat edən məsələlər aidiyatı şəxslər və qurumlara yönləndirilir. Bununla yanaşı, ölkəmizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin doğum və anım günlərində şəhidlərimizin məzarları ziyarət edilir.
Ümumilikdə isə bundan sonra da İctimai Şura üzvləri tərəfindən müzakirə və qəbul edilən fəaliyyət planına əsasən vətəndaşlarımızı narahat edən problemlərin həlli, dövlət-vətəndaş münasibətlərinin daha da inkişafı istiqamətində tam güclə fəaliyyətimizi davam etdirəcəyik.
Sonda İctimai Şuranın sədri Aslan Mehdiyev ölkə başçısı, möhtərəm prezident İlham Əliyevin İctimai Şuralarla bağlı gözləntilərini nəzərə alaraq, ictimai nəzarətin formalaşması istiqamətində öz xidmətlərini əsirgəməyəcəklərini vurğuladı.
Aslan Mehdiyev
Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri