Qış mövsümünün başlaması ilə əlaqədar rayon ərazisində yerləşən qazanxanalarda qışa hazırlıq işləri davam etdirilir
Qış mövsümünün başlaması ilə əlaqədar olaraq rayon ərazisində yerləşən qazanxanalarda qışa hazırlıq işləri tamamlanmaq üzrədir. Binəqədi rayonunda 3 İstilik Sistemləri İstismar Sahəsi üzrə 34 məhəllədaxili qazanxana və 6 istilik məntəqəsi mövcuddur.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Təsərrüfat şöbəsinin müdiri Azər Kərimov, Sakinlərin Müraciəti Xidmətinin rəisi Seymur Əliyev, Binəqədi Rayon İstilik İdarəsinin rəisi Rövşən Tağıyev ərazi üzrə İstilik Sistemləri İstismar sahəsinin əksəriyyət qazanxanalarında oldular. Havaların kəskin soyuması ilə əlaqədar olaraq sakinlərin istilik təchizatının mövcud vəziyyəti ilə maraqlanaraq sakinlərə yüksək xidmət göstərilməsi barədə müvafiq tapşırıqlar verdilər.
Keçirilən reydlərin məqsədi qazanxanaların fasiləsiz fəaliyyətinin təmin edilməsi üçün lazım olan bütün texniki şərtlərin normaya uyğun olması, eləcə də qaz, su, istilik və elektrik enerjisi ilə təchiz edilməsi tədbirlərinin keyfiyyətlə həyata keçirilməsi üçün bütün mümkün olan vasitələrdən maksimum istifadə edilməsidir.