Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində təhsil alan məktəblilərin “Hərbi Qənimətlər Parkı”na eksrkursiyası təşkil olundu

02 noyabr 2022 | 13:49

02 noyabr 2022-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində təhsil alan məktəblilərin “Hərbi Qənimətlər Parkı”na eksrkursiyası təşkil olundu.

Ekskursiyada Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Leyla Quliyeva, Amal Əsgərov, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən orta ümumitəhsil müəssisəslərində təhsil alan bir qrup məktəblilər və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının fəal gəncləri iştirak etdilər.

Ziyarət zamanı iştirakçılar parkda olan eksponatlarla yaxından tanış oldular.

Qeyd edək ki, 12 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə  Bakıda “Hərbi Qənimətlər Parkı”nın açılışı olmuşdur. Azərbaycanın Vətən müharibəsində Şanlı Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – 11 noyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu söyləmişdir. Dekabrın 10-da Zəfər Paradında həmin texnikaların bir qismi nümayiş etdirilmişdir. Eyni zamanda Prezident İlham Əliyev “Hərbi Qənimətlər Parkı”nın salınması haqqında təşəbbüs irəli sürmüşdür. Çox qısa zamanda görülən genişmiqyaslı işlər sayəsində açıq səma altında nadir park salınmışdır. Parkda Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir.

Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Parkdakı eksponatların arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdükləri 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İskəndər-M” raketinin qalıqları var.

“Hərbi Qənimətlər Parkı” gələcək nəsillərin tariximizi daha yaxından öyrənməsinə imkan verəcək bir tarixi məkandır.

Keçidlər