Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində yaşayan uşaqlar sosialyönümlü layihə çərçivəsində Akademik Milli Dram Teatrında “Gözəl və Bədheybət” tamaşasını izlədilər

30 dekabr 2025 | 16:32

29 dekabr 2025-ci il tarixində Akademik Milli Dram Teatrında 31 Dekabr - “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramları münasibətilə uşaqlar üçün xüsusi bayram tədbiri keçirildi.

Tədbir çərçivəsində teatrın səhnəsində “Gözəl və Bədheybət” adlı tamaşa nümayiş olundu.

Sosial yönümlü layihə çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyəti və rayonda fəaliyyət göstərən Bələdiyyələrin təşkilatçılığı ilə rayon ərazisində yaşayan uşaqların tamaşada iştirakı təmin edildi.

Bayram ovqatında keçən tədbir uşaqlara xoş əhval-ruhiyyə bəxş etmiş, onların asudə vaxtının səmərəli təşkilinə xidmət etmişdir.

Keçidlər