Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların, həmçinin, təsərrüfat obyektlərinin mülki müdafiəyə hazırlığı ilə bağlı tədbir keçirildi
16 aprel 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti və FHN Bakı Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında mülki müdafiə ilə bağlı məlumatlandırma, rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların, həmçinin, təsərrüfat obyektlərinin mülki müdafiəyə hazırlığı ilə bağlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, FHN-nin Bakı Regional Mərkəzinin rəisi Məhərrəm Həsənov, Aparatın məsul əməkdaşları iştirak etdilər.
Tədbiri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev açaraq, mülki müdafiə ilə bağlı məlumatlandırma, rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların, həmçinin, təsərrüfat obyektlərinin mülki müdafiəyə hazırlığı və cari problemlərin aradan qaldırılması məqsədilə görüləcək tədbirlərin vacibliyindən söhbət açdı, qeyd olunan məsələlər ilə əlaqədar görüləcək işlər barədə məlumatları auditoriyanın diqqətinə çatdırdı.
FHN-nin Bakı Regional Mərkəzinin rəisi Məhərrəm Həsənov öz çıxışında Bakı Regional Mərkəzinin mülki müdafiə ilə bağlı kompleks tədbirlər planı, tədbirlərin həyata keçirilməsi mexanizmi, predmeti və həmin tədbirlər sayəsində əldə olunacaq nəticələr haqqında məlumatlar verdi.