Rayon gəncləri Memorial Soyqırımı Muzeyini ziyarət etdi
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 24 fevral 2023-cü il tarixində rayon gəncləri Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında yaradılmış Memorial Soyqırımı Muzeyini ziyarət etdilər.
Ziyarətdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Amal Əsgərov və orta ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr iştirak etdilər.
Memorial Soyqırımı Muzeyi xalqımıza qarşı törədilmiş cinayətlər barədə həqiqətlərin geniş kütlələrə çatdırılması, xüsusən gənc nəslin ətraflı məlumatlandırılması yolu ilə cinayət qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmışdır. Muzeydə olan tarixi sənədlər, foto və video materiallar, hərbi cinayətlər barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət ədəbiyyat fondu muzeyin hər kəsə erməni qəsbkarlarının qəddar cinayətləri haqqında dolğun məlumat vermək missiyasında əhəmiyyətli rol oynayır.
Ziyarət iştirakçıları bu məlumatlarla yaxından tanış oldular.