Şriftin ölçüsü :

Saytın rəngi :

"Konstitusiya və Suverenlik ili" çərçivəsində rayon məktəblərində təhsil alan şagirdlər arasında xalqımızın ümumilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin rayon turunun qalibləri ilə görüş keçirildi

09 aprel 2025 | 09:43

07 aprel 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında "Konstitusiya və Suverenlik ili" çərçivəsində rayon məktəblərində təhsil alan şagirdlər arasında xalqımızın ümumilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” adlı referat-yazı müsabiqəsinin  rayon turunun qalibləri ilə görüş keçirildi.  

Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, şagirdlər, onların elmi rəhbərləri və valideynlər iştirak etdilər.

Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd etdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd-xalqımızın Ümumilli Lideri,  dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin tariximizdə, həmçinin müasir Azərbaycan dövlətinin xilası və formalaşmasındakı fəaliyyətinin şagirdlər tərəfindən  daha dərindən öyrənilməsinə töhfə vermək, ümummilli lider Heydər Əliyevin xalqımızı necə böyük fəlakətin astanasından xilas etməsinin məhz orta məktəb şagirdlərinin özləri tərəfindən araşdırılması, onlara tədqiqat aparmaq, təhlil edib qənaətə gəlmək bacarıqlarını öyrətmək, eyni zamanda məktəblilərə 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində qazanılmış “Şanlı Zəfər”in təbliği, eləcə də böyüməkdə olan gənc nəslə doğma vətənə sevgi və məhəbbət hislərinin aşılanmasıdır. Milli-mənəvi dəyərlərimizin öyrənilməsində, qorunub saxlanılmasında və inkişaf etdirilməsində ümumtəhsil məktəblərində şagirdlərə aşılanan vətənpərvərlik tərbiyəsi mühüm rol oynayır. Buna görə də müsabiqənin məhz orta məktəb şagirdləri arasında keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edə bilərik.

Daha sonra şagirdlər “Rəvvadilər dövləti”, “Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğalı-Kürəkçay müqaviləsi”, “I Dünya müharibəsi və azərbaycanlı generallar”, “Heydər Əliyev – dövlət quruculuğu siyasəti”, “Qarabağ Zəfəri – Şəxsiyyət faktoru” mövzusunda öz referat-yazılarını təqdim etdilər.

Çıxış ətrafında geniş müzakirələr keçirildi.

Keçidlər