Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirildi

25 aprel 2025 | 14:48

15 aprel 2025-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən "N" saylı hərbi hissəsində rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirildi.

Yarışın açılış mərasimində Bakı Şəhər Gənclər və İdman İdarəsinin Binəqədi rayonu üzrə gənclər və idman sektorunun müdiri Kamran Quliyev, hərbi hissənin komandiri polkovnik Alim İsmayılov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Qoşun və Qüvvələrin Hazırlığı İdarəsinin rəisi polkovnik Yasin Musayev, rayon orta ümumtəhsil məktəblərinin direktorları, məktəblərin çağırışaqədərki hazırlıq rəhbərləri və məktəb komandaları iştirak etdilər.

Yarışın yekun nəticəsinə əsasən qalib komandalar diplom və kubokla mükafatlandırıldılar:

Birinci yer 300 № li tam orta məktəbin komandası; ikinci yer 299 № li tam orta məktəbin komandası və üçüncü yer 284 № li tam orta məktəbin komandası.

Keçidlər