Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon təsərrüfatının 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığının təmin edilməsi ilə bağlı rayon Qərargahının iclası keçirildi

04 oktyabr 2023 | 09:46

02 oktyabr 2023-cü il tarixində “Dövlət müəssisə, idarə və təşkilatlar tərəfindən 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlıq işlərinin təşkili və təmin edilməsi haqqında” Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar “Rayon təsərrüfatının 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığının təmin edilməsi” ilə bağlı Rayon İcra Hakimiyyəti başçısının 28.08.2023-cü il tarixli 147 saylı Sərəncamı ilə təsdiq edilmiş yeni tərkibdə rayon Qərargahının iclası keçirildi.

Rayon İcra Hakimiyyəti başçısının müavini, Qərargahın sədri Hacıbaba Babayevin sədrliyi ilə keçirilən iclasda Rayon İcra Hakimiyyəti başçısı aparatının müvafiq şöbə müdirləri, rayon kommunal xidmət təşkilatlarının rəhbərləri, rayon ərazisində fəaliyyət göstərən bələdiyyələrin sədrləri və Rayon İcra Hakimiyyəti başçısının sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etdilər.

İclasda rayon təsərrüfatının 2023-2024-cü illərin payız-qış mövsümünə hazırlığının vəziyyəti, bu sahədə göürülmüş və görülməsi nəzərdə tutulan işlərlə bağlı müzakirələr aparılaraq fəaliyyət istiqamətləri müəyyən edildi. 

 

Keçidlər