Rəqəmsal imkanlardan faydalanın, gündəlik işlərinizi daha asan və rahat şəkildə həyata keçirin!
Müasir dövrdə rəqəmsal texnologiyaların imkanlarından istifadə dövlət xidmətlərinə əlçatanlığın artırılmasında mühüm rol oynayır. Bu baxımdan, “mygov” mobil tətbiqi vətəndaşlara bir sıra dövlət xidmətlərindən elektron qaydada, operativ və rahat şəkildə istifadə etmək imkanı yaradır.
Tətbiqdə qeydiyyatdan keçməklə vətəndaşlar şəxsi məlumatlarına, rəqəmsal sənədlərinə, müxtəlif arayışlara və digər elektron xidmətlərə vahid platforma üzərindən çıxış əldə edə bilərlər. Bununla yanaşı, bir çox xidmətlərdən məsafədən yararlanmaq, vaxta qənaət etmək və zəruri məlumatları elektron formada əldə etmək mümkündür.
“mygov” mobil tətbiqində qeydiyyatdan keçmək üçün tətbiqi mobil telefonunuza yükləmək və təqdim olunan identifikasiya üsullarından biri ilə qeydiyyat prosesini tamamlamaq kifayətdir.
Rəqəmsal imkanlardan faydalanın, gündəlik işlərinizi daha asan və rahat şəkildə həyata keçirin!









