Şəhid Şadmanov Əkrəm Yunus oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu
24 sentyabr 2026 | 14:59
24 sentyabr 2026-cı il tarixində şəhid Şadmanov Əkrəm Yunus oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbə sahə inzibati dairəsi üzrə nümayəndəliyin, Biləcəri Bələdiyyənin məsul əməkdaşları və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









