“Şahin” hərbi-idman oyunlarının Binəqədi rayon mərhələsi keçirildi
01 may 2026 | 15:54
30 aprel 2026-cı il tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən Daxili Qoşunların N saylı hərbi hissəsində “Şahin” hərbi-idman oyunlarının Binəqədi rayon mərhələsi keçirildi.
Tədbirdə Binəqədi rayonu üzrə ümumtəhsil məktəblərinin “Şahin” komandaları iştirak etdi, Oyunlarda iştirakçılar müxtəlif hərbi-idman normativləri üzrə öz bacarıq və hazırlıq səviyyələrini nümayiş etdirdilər. Tədbirdə vətənpərvərlik ruhu və komanda həmrəyliyi yüksək səviyyədə hiss olundu.
Yarışların nəticələrinə əsasən qaliblər aşağıdakı kimi müəyyən edildi:
- I yer – 300 saylı tam orta məktəb;
- II yer – 299 saylı tam orta məktəb;
- III yer – 182 saylı tam orta məktəb.
Qalib komandalar təltif edildi, digər iştirakçılara isə uğurlar arzu edildi.









