Şriftin ölçüsü :

Saytın rəngi :

Şahin Möhtərəm oğlu Musayev Binəqədi Rayon İcra Hakimiyyətində göstərdiyi səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi RİH başçısının Fəxri Fərmanı ilə təltif edildi

15 avqust 2025 | 13:45

15 avqust 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) Şahin Möhtərəm oğlu Musayev Rayon İcra Hakimiyyətində göstərdiyi səmərəli fəaliyyətinə görə və 65 illik yubileyi münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildi.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev Şahin Musayevi təbrik edərək, Möhtərəm Prezidentimiz İlham Əliyevin: “Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır”-fikrini vurguladı və gələcək peşə fəaliyyətində də vəzifə borcunu yerinə yetirərkən davamlı olaraq vətəndaşlara xidmət etmək fürsətindən müsbət yararlanmağı, bu işdə uğurlar arzu etdi.

Şahin Musayev göstərilən diqqətə görə təşəkkürünü bildirdi.

Keçidlər