Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 12 il ərzində daxil olmuş müraciətlərin statistikası

11 fevral 2025 | 10:29

Yerli icra hakimiyyəti orqanları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyətində yaradılmış Sakinlərin Müraciət Xidmətinin fəaliyyətinin 12 ili tamam oldu.

Xidmət vətəndaşlarla operativ ünsiyyətin yaradılması, onların rayonda fəaliyyət göstərən dövlət qurumlarına müraciət imkanlarının asanlaşdırılması məqsədilə yaradılmış, bütün müasir avadanlıqlarla və sürətli kommunikasiya sistemi ilə təchiz edilərək 24 saat fasiləsiz olaraq fəaliyyət göstərir. Bütün bu imkanlar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətlərin hər bir vətəndaş üçün əlçatan olmasını təmin etmək məqsədini daşıyır.

Fəaliyyətə başladığı dövrdən Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 319547, birbaşa cavablandırılmış zənglərin sayı 256403 və ya 80,2 %,  yaradılmış əks əlaqələrin sayı 75765, günlük  orta zəng sayı 73, tərtib edilmiş şikayət vərəqələrinin sayı 63115 və ya 19,7 % olmuşdur.

Hesabat dövrü ərzində şikayət xarakterli 63115 müraciətin 51858-i və ya 82,2 %-i tam həll olunmuş, 4480-i və ya 7,1 %-i qismən həll edilmiş, 6777-si və ya 10,7 %-nə müvafiq izahat verilərək həll edilmişdir.

12 il ərzində daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin  26134-ü  və ya  41,4 %-i su-kanalizasiya (o cümlədən 16642-si su təchizatı, 9492-si kanalizasiya problemləri ilə əlaqədar), 13469-u və ya 21,3 %-i qaz təchizatı, 6885-i və ya 10,9 %-i lift problemləri, 5119-u və ya 8,1 %-i istilik təchizatı, 4032-i və ya 6,4 %-i sakinləri narahat edən digər məsələlər, 2856-sı və ya 4,5 %-i elektrik təchizatı ilə bağlı, 2161-i və ya 3,4 %-i məişət tullantıları ilə əlaqədar, 1225-i və ya 1,9 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar, 619-u və ya 1 %-i binaların zirzəmisinin dezinfeksiya edilməsi ilə əlaqədar, 615-i və ya 1 %-i təhlükəli vəziyyətdə olan ağacların budanması ilə əlaqədar olmuşdur. Xidmətə daxil olan təşəkkürlərin sayı isə 2953 vahid olmuşdur.

Daxil olan müraciətlərin kateqoriyalar üzrə bölgüsü (2013-2024)

Su-kanalizasiya sahəsi

26134

Qaz təchizatında yaranmış problemlərlə əlaqədar

13469

Lift təchizatı ilə bağlı

6885

İstilik təchizatı ilə bağlı

5119

Məişət tullantıları ilə əlaqədar

2161

Elektrik enerjisi təchizatı ilə bağlı

2856

Binaların zirzəmisinin dezinfeksiya edilməsi ilə əlaqədar

619

Küçə və prospektlərin işıqlandırılması ilə əlaqədar

1225

Yaşıllaşdırma sahəsi ilə bağlı

615

Rabitə sahəsi ilə bağlı

86

Sakinləri narahat edən digər məsələlər

3946

Keçidlər