Şəhid Aboyev Ramiz Nazim oğlunun anım günü ilə əlaqədar abidəsi ziyarət olundu
08 sentyabr 2026 | 10:50
08 sentyabr 2026-cı il tarixində şəhid Aboyev Ramiz Nazim oğlunun anım günü ilə əlaqədar abidəsi ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Rəhman Qəhrəmanov, M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









