Şəhid Ağayev Ramiz İmamverdi oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu
10 noyabr 2025 | 09:35
09 noyabr 2025-ci il tarixində şəhid Ağayev Ramiz İmamverdi oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Biləcəri Bələdyyəsinin sədir Fərid Cəfərov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









