Şəhid Ağayev Rəşad Rövşən oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu
18 oktyabr 2024-cü il tarixində şəhid Ağayev Rəşad Rövşən oğlunun ildönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi Rayon Biləcəri Bələdiyyəsinin sədri Etibar Cabbarov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.