Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Arəstə Baxışovanın doğum günü münasibətilə məzarı ziyarət edildi

06 may 2024 | 10:07

04 may 2024-cü il tarixində şəhid Arəstə Baxışovanın doğum günü münasibətilə məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəhman Qəhrəmanov, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliyin və Biləcəri Bələdiyyəsinin məsul əməkdaşları iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər