Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bağırov Elçin Yunus oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu

19 iyun 2025 | 10:04

17 iyun 2025-ci il tarixində şəhid Bağırov Elçin Yunus oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov, Binəqədi Rayon Bələdiyyəsinin sədri Mürsəl Eminov, və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər