Şəhid Bağırov Elçin Yunus oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu
29 oktyabr 2025-ci il tarixində şəhid Bağırov Elçin Yunus oğlunun şəhadətinin şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəsi Mübariz Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Seyfəddin Dəmirli, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









