Şəhid Baxışova Arəstə Kərim qızının şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu
23 oktyabr 2025-ci il tarixində şəhid Baxışova Arəstə Kərim qızının şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, millət vəkili Səbinə Xasayeva, Binəqədi RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi RİH başçısının Biləcəri QİƏD üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Seyfəddin Dəmirli, Binəqədi RİH başçısının Biləcəri QİƏD üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Ramil Abasov, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









