Şəhid Bayramov Əli Nadir oğlu və Haqverdiyev Ayxan Akif oğlunun anım günü ilə əlaqədar məzarları ziyarət olundu
05 okytabr 2026-cı il tarixində şəhid Bayramov Əli Nadir oğlu və Haqverdiyev Ayxan Akif oğlunun anım günü ilə əlaqədar məzarları ziyarət olundu.
Ziyarətdə şəhidlərimizin ailə üzvləri, yaxınları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov, Binəqədi qəsəbəs Bələdiyyəsinin sədri Bəylər Həsənov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









