Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Bayramov Əli Nadir oğlu və şəhid Haqverdiyev Ayhan Akif oğlunun şəhadətlərinin ildönümləri ilə əlaqədar məzarları ziyarət olundu

05 oktyabr 2025 | 10:05

05 oktyabr 2025-ci il tarixində şəhid Bayramov Əli Nadir oğlu və şəhid Haqverdiyev Ayhan Akif oğlunun şəhadətlərinin ildönümləri ilə əlaqədar məzarları ziyarət olundu.

Ziyarətdə şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov, Binəqədi Bələdiyyəsinin sədri Bəylər Həsənov digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər