Şəhid Bayramov Əli Nadir oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu
26 mart 2025 | 09:03
24 mart 2025-ci il tarixində şəhid Bayramov Əli Nadir oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu. Ziyarətdə ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov və digərləri iştirak edirdilər. Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.