Şəhid Bayramov Ruslan Telman oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu
01 oktyabr 2025-ci il tarixində şəhid Bayramov Ruslan Telman oğlunun ş\hadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Əlikram Haqverdiyev, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Bəylər Həsənov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









