Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cavadov Ələsgər Elxan oğlunun məzarı ziyarət olundu

30 dekabr 2025 | 13:13

29 dekabr 2025-ci il tarixində şəhid Cavadov Ələsgər Elxan oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov və digərləri iştirak edirdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Keçidlər