Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Cəmil Nəcəfovun doğum günü münasibətilə məzarı ziyarət edildi

24 iyun 2024 | 14:24

24 iyun 2024-cü il tarixində şəhid Cəmil Nəcəfovun doğum günü münasibətilə məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər