Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Dövlətli İsgəndər Vüqar oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu

24 sentyabr 2025 | 15:39

24 sentyabr 2025-ci il tarixində şəhid Dövlətli İsgəndər Vüqar oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova  və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər