Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əhmədov Tacir Mehdi oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu

21 aprel 2025 | 15:25

20 aprel 2025-ci il tarixində şəhid Əhmədov Tacir Mehdi oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər