Şəhid Əliyev İmran Əli oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu
04 oktyabr 2026 | 11:53
04 oktyabr 2026-cı il tarixində şəhid Əliyev İmran Əli oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Rəhman Qəhrəmanov, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Bəylər Həsənov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









