Şəhid Əmirli Əmirşah Səttar oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu
28 oktyabr 2026 | 08:59
28 oktyabr 2026-cı il tarixində şəhid Əmirli Əmirşah Səttar oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu və mərasimində iştirak edildi.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









