Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Heydərov Rafiq Rahim oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirildi

14 oktyabr 2022 | 14:00

Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi hünər və qeyrət simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı Şəhidlik zirvəsinə yüksəltdi.

 14 oktyabr 2022-ci il tarixində II Fəxri Xiyabanda şəhid əsgər Heydərov Rafiq Rahim oğlunun şəhadətinin ikinci ildönümü münasibətilə  anım mərasimi keçirildi.

Anım mərasimində şəhidlərimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, sahə inzibati ərazi dairəsinin nümayəndələri və rayon ictimaiyyəti iştirak edirdilər.

Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və  yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Qələbədən, ordu-xalq birliyindən, Rafiq və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığından söhbət açaraq qeyd etdi ki, şəhidlərimiz bizə vüqarımızı, qürurumuzu qaytarmışlar. Bizə Qələbə sevincini yaşadan şəhidlərimizin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov çıxışında rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin tarixi əhəmiyyətindən, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi şücaət nümunələrindən söhbət açdı.

Şəhidimizin həyat və döyüş yolundan söhbət açan valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını  bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhları qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər