Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid əsgər Rəşad Rövşən oğlu Ağayevin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi

18 oktyabr 2022 | 14:20

Şəhidlik zirvəsi ən uca və müqəddəs zirvədir. Şəhidlik-Vətənə olan sonsuz sevginin təcəssümü, Vətənə can fəda etməkdir. Şəhidlik-şərəf, qeyrət, ucalıq zirvəsidir. Bu zirvəyə çatmaq, bu məqama yüksəlmək hər insana nəsib olmur. Vətən müharibəsində bu zirvəyə ucalan, müqəddəs amallar uğrunda döyüşən, qorxu nə olduğunu bilmədən Vətən və xalq yolunda canını fəda edən şəhidlərimizdən biri də  Rəşad Rövşən oğlu Ağayevdir.

18 oktyabr 2022-ci il tarixində Biləcəri qəsəbəsində yerləşən Şəhidlər Xiyabanı Kompleksində şəhid əsgər Rəşad Rövşən oğlu Ağayevin şəhadətinin ikinci ildönümü münasibətilə anım mərasimi qeyd edildi.

Anım mərasimində şəhidlərimizin yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, bələdiyyənin, Rayon Gənclər və İdman İdarəsinin, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin rəhbərləri, və rayon ictimaiyyəti iştirak etdilər.

Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.

Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Vətən müharibəsində qəhrəmancasına döyüşərək, Azərbaycan bayrağını işğaldan azad olunan torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edərək müqəddəs torpaqlarımız uğrunda haqq savaşında canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağından, şəhid ailələrinə, qazilərimizə böyük ehtiramımızdan söhbət açdı. Vətən müharibəsində qazanılan Şanlı Qələbəmizin əsrlər boyu xalqımızın ən böyük vətənpərvərlik tarixi, Şanlı qəhrəmanlıq salnaməsi olacağından bəhs etdi.

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov şəhidimizin şərəfli ömür və döyüş yolundan, ərazi bötüvlüyümüz uğrunda gedən döyüşlərdə göstərdikləri şücaətdən, eləcə də Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbəsindən danışdı.

Anım tədbirindən sonra şəhidimizin xatirəsinə verilən ehsan mərasimində xatirələrini bölüşən valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını  bildirdilər.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər