Şəhid Əzizov Elçin Əvəz oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu
11 oktyabr 2026 | 12:17
11 oktyabr 2026-cı il tarixində şəhid Əzizov Elçin Əvəz oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Füzuli Mehrabzadə və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









