Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Əzizov Elçin Əvəz oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu

13 oktyabr 2025 | 09:23

13 oktyabr 2025-ci il tarixində şəhid Əzizov Elçin Əvəz oğlunun il dönümü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Xocəsən qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Ramil Abasov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər