Şəhid Hacıyev Toğrul Rüfət oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu
17 fevral 2025 | 12:58
17 fevral 2025-ci il tarixində şəhid Hacıyev Toğrul Rüfət oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.