Şəhid Haqverdiyev Ayxan Akif oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu
30 mart 2025 | 11:26
28 mart 2025-ci il tarixində şəhid Haqverdiyev Ayxan Akif oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov və digərləri iştirak etdilər.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.