Şəhid Həsənov Nurlan Nadir oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu
19 may 2025-ci il tarixində şəhid Həsənov Nurlan Nadir oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşı Rəhman Qəhrəmanov, Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsi səlahiyyətlərini müvəqqəti icra edən Fərdi Ağamalıyev, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov, sədr müavini Osman Qasımov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.