Şəhid Həsənov Nurlan Nadir oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu
20 may 2026 | 14:38
19 may 2026-cı il tarixində şəhid Həsənov Nurlan Nadir oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Rəhman Qəhrəmanov, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzülüdü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.









