Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Həci Kərim oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu

13 iyun 2025 | 10:48

12 iyun 2025-ci il tarixində şəhid Hüseynov Həci Kərim oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi RİH başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Ramiz Həsənzadə, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər