Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Həci Kərim oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu

27 oktyabr 2025 | 12:44

25 oktyabr 2025-ci il tarixində şəhid Hüseynov Həci Kərim oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi RİH başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi RİH başçısının Xocəsən QİƏD üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Ramil Abasov, Xocəsən Bələdiyyəsinin sədri Nigar Məmmədova və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər