Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Hüseynov Ramin Qüdrət oğlununun adını əbədiləşdirmək üçün yaradılmış “Şəhid Bulağı” önündə anım mərasimi keçirildi

08 oktyabr 2026 | 08:42

08 oktyabr 2026-cı il tarixində şəhid Hüseynov Ramin Qüdrət oğlununun adını əbədiləşdirmək üçün yaradılmış “Şəhid Bulağı” önündə anım mərasimi keçirildi.

Mərasimdə şəhidimizin ailə üzvləri, yaxınları, millət vəkili Elşad Musayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seyfəddin Dəmirli, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər