Şəhid Hüseynov Rövşən Kazım oğlunun şəhadətinin ildönümü ilə əlaqədar mərasim keçirildi
19 oktyabr 2024-cü il tarixində şəhid Hüseynov Rövşən Kazım oğlunun şəhadətinin ildönümü ilə əlaqədar mərasim keçirildi.
Mərasimdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Cahandar Axundov, Binəqədi RİH başçısının M.Ə.Rəsulzadə QİƏD üzrə nümayəndəsi Zaur Qafarov, Binəqədi RİH başçısının Binəqədi QİƏD üzrə nümayəndəsi Qadir Məmmədov, Binəqədi Rayon M.Ə.Rəsulzadə Bələdiyyəsinin sədri Hümbət Hüseynov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.