Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid İbrahimov İbrahim Abdulla oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu

13 noyabr 2025 | 16:03

12 noyabr 2025-ci il tarixində şəhid İbrahimov İbrahim Abdulla oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Qadir Məmmədov, Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Bəylər Həsənov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər