Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid jurnalist Məhərrəm İbrahimovun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət edildi

05 iyun 2024 | 11:32

04 iyun 2024-cü il tarixində şəhid jurnalist Məhərrəm İbrahimovun şəhadətinin üçüncü ildönümü münasibətilə məzarı ziyarət edildi.

Anım mərasimində şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliyin və Rəsulzadə Bələdiyyəsinin məsul əməkdaşları iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!

Keçidlər