Şəhid Məmmədli Murad Teymurşah oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu
09 dekabr 2024 | 14:33
07 dekabr 2024-cü il tarixində şəhid Məmmədli Murad Teymurşah oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu.
Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisi Hüseyn Quliyev, Biləcəri Bələdiyyəsinin sədri Etibar Məmmədov və digərləri iştirak etdilər.
Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.
Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.