Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Məmmədli Murad Teymurşah oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu

10 dekabr 2025 | 14:38

07 dekabr 2025-ci il tarixində şəhid Məmmədli Murad Teymurşah oğlunun şəhadətinin ildönümü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Biləcəri Bələdiyyəsinin sədri Fərid Cəfərov və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyünün bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər