Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Mustafayev Elnur Nəcəf oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu

31 oktyabr 2026 | 15:38

31 oktyabr 2026-cı il tarixində şəhid Mustafayev Elnur Nəcəf oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olundu.

Ziyarətdə şəhidimizin ailə üzvləri, yaxınları, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Səməndər Mənəfov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Biləcəri Bələdiyyəsinin məsul əməkdaşları və digərləri iştirak etdilər.

Mərasimdə şəhidimizin ruhuna dualar oxundu, məzarı üzərinə tər güllər düzüldü.

Vətənimizin ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik.

Keçidlər